Şirkət haqqında

«Vinaqro» Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq 2006-cı ilin mart ayında təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Vinagro MMC «Göygöl Şərab Zavodu» ASC-nin səhmlərinin əsas hissəsinin səhmdarıdır.
Hazırda «Göygöl Şərab Zavodu»nun 2006-2008-ci illərdə əkilmiş, müxtəlif yüksək keyfiyyətli yerli və Avropa üzüm növlərinin becərildiyi 537 hektar üzüm sahəsi var. Əkilmiş üzüm tinkləri yerli şəraitə uyğunlaşdırılmış, Avropanın tanınmış şirkətləri olan Fransız «GONTARD FRERESEPINIERES VITICLES» və İtaliyanın «VIVAI MARCYI» şirkətlərindən alınmışdır. Hazırda zavodun Göygöl va Samux bölgələrində yerləşən üzümlüklərində Merlo, Kaberne-Soviniyon, Prima, Sapervi, Hamburq muskatı, Mədrəsə, Şirvanşahı qırmızı sortlar va Şardone, Soviniyon, Rkasiteli, Uni-Blan, Aq Qrenaş, Aq Muskat, Bayan-şirə, Sultani ağ üzüm sortları yetişdirilir. Yaxın gələcəkdə üzüm bağlarının sahəsinin 1500 hektara çatdırılması nəzərdə tutulur.
Sovet iqtisadi sistemində «Xanlar Aqrosənaye» kombinatı adı altında bu zavod şərab va konyak məhsulları istehsalında ixtisaslaşaraq öz məhsullarını bütün Sovet Respublikalarına göndərirdi. Müəssisənin istehsal etdiyi konyak və konyak spirti ümumittifaq istehsalının 7%-i təşkil edirdi. 1985-ci ildə qəbul olunmuş «Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbiri haqda» qərarından sonra və təsərrüfatsızlıq nəticəsində zavod xarabalığa çevrilmişdi. Hazırda «Göygöl Şərab Zavodu» öz yeni istehsal həyatını qurmağa başlamışdır.
İndi zavod özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirən müasir şərabçılıq müəssisəsidir. Hazırda bütün istehsal binaları, sexlər və köməkçi sahələr yenidən qurulmuş və təmir olunmuşdur, bütün avadanlıqlar va texnoloji xətlər yenilənmiş və müasirləri ilə əvəz olunmuşdur. Hazırki zavodun istehsalat strukturu aşağıdakı qaydadadır:
Üzümün qəbulu və ilkin emalı sexi
Şərabın ikinci emalı sexi
Şərab va konyak süzmə sexi
Arağın hazırlanması və süzülməsi sexi
Konyak spirtinin distileasiyası sexi
Konyak spirtinin yetişdirilməsi va konyakın hazırlanması sexi
Klassik üsulla şampan şərabının hazırlanması sexi
Günəş istisindən istifadə etməklə maderizasiya sexi
Xüsusi sifarişlərsexi
Şüşə qablar sexi
Karton qutular sexi
Spirt saxlama sexi
Hazır məhsul anbarı
Köməkçi
sahələr:
Biokimyəvi və texnokimyəvi nəzarət laboratoriyası
İki ədəd qazanxana
Mexaniki emalatxana
Taxta çəllək emalatxanası
Hava və soyuducu kompressor sahəsi
Təmir-tikinti sexi
Avtopark
Fəhləyeməkxanası Hazırda sutkada 3000 dekalitr yüksək keyfiyyətli spirt-rektifikat istehsal edə bilən, bütün zəruri texniki sexlərlə təchiz edilmiş yeni spirt sexi tikinti-quraşdırma mərhələsindədir. Bu iri miqyaslı layihədə tullantısız istehsal rejimi nəzərdə tutulmuşdur. Həmin məqsədlə istehsal sahəsində bardanın qurudulması və ondan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem hazırlama qurğusu və maye karbon qazı almaq üçün avadanlıqların quraşdırılması nəzərdə tutulmuşdur.