Məhsul

   

 

«Xan Çinar» çəhrayı, kəmşirin süfrə şərabı Azərbaycanın Göygöl və Samux bölgələrində yetişdirilən Mədrəsə və Pkasiteli üzüm növlərindən alınmış şərab materiallarının kupajı yolu ilə hazırlanır. Şərabda şəkərliliyi 5%-ə çatdırmaq məqsədi ilə kupaja təbii üzüm şirəsindən hazırlanmış vakuum-bəhməz qatılır.
Şərabın rəngi çəhrayı-açıq qırmızıdır, yüngül qarağat və çiçək ətri var, dadı dolğun, hormonik və yumşaqdır.
Tündlüyü 9-12%
Şəkəri 25-50q/L
Həcmi 0,75L

 

«Xan Mədrəsə» qırmızı süfrə şərabı Azərbaycanın Göygöl və Samux bölgələrində yetişdirilən Mədrəsə üzüm növündən klassik texnologiyaya uyğun üzüm şirəsinin əzinti ilə qıcqırdılması yoluyla hazırlanır. Şərab iki il müddətində saxlanmışdır.
Şərabın rəngi tünd qırmızıdır, yüngül qarağat və çiçək ətri var, dadı yüngül məxməri və hormonikdir.
Tündlüyü 9-14%
Həcmi 0,75L
«Mədrəsə» şərabı beynəlxalq şərab müsabiqələrində iki qızıl və bir bürünc medala layiq görülmüşdür.

 

«Xan Maral-göl» ağ süfrə şərabı Azərbaycanın ən gözəl guşələrindən birində dağ gölünün adını daşıyır. Şərab Göygöl və Samux bölgələrində yetişdirilən «Aliqote» üzüm növündən klassik texnologiyaya əsasən, cecədən ayrılmış təbii üzüm şirəsinin qıcqırdılması yolu ilə hazırlanır. Şərabın rəngi açıq samanıdır, sorta uyğun incə çiçək ətri hiss olunur, dadı dolğun və yüngüldür.
Tündlüyü 10-13%
Həcmi 0,75L

 

«Xan Araz» ağ süfrə şərabı Azərbaycanın böyük çaylarından birinin adını daşıyır. Bu şərab Göygöl və Samux bölgələrində yetişdirilən «Ağaldərə» və «Bayanşirə» üzüm növlərindən, cecədən ayrılmış təbii üzüm şirəsinin qıcqırdılması yolu ilə hazırlanır. Şərabın rəngi yaşımtıl-samanıdır, incə çiçək ətri hiss olunur, dadı hormonik və yüngüldür.
Tündlüyü 10-13%
Həcmi 0,75L

«Xan Kolleksion» oynaq şərabı, Göygöl rayonunda yetişdirilmiş Rkasiteli və Şardone üzüm sortlarından alınmıs şərab materialının butulkada qıcqırdılmasi yolu ilə hazırlanmışdır. 1995-ci ildən Göygöl Şərab Zavodunun zirzəmilərində saxlanmışdır.

 

«Xan VİP» arağı Azərbaycanın gözəl guşələrindən birində, yüksək dağlarda yerləşən və buzlaqların suyu ilə qidalanan Göygöldən çəkilmiş sudan və yüksək keyfiyyətli «Lüks» buğda spirtindən hazırlanır. Dadın dolğunlaşdırılması məqsədi ilə vodkaya az miqdarda şəkər və natriyum hidrokarbonat vurulur. VİP vodka gümüşlə aktivləşdirilmiş xüsusi kakos kömürü vasitəsi ilə təmizlənir.
Rəngi tam şəffaf, parlaq, dadı yumşaq, təmiz və hormonikdir, ətri vodkaya uyğun xarakterikdir.
Tündlüyü 40%
Həcm tutumu 0,7L

«Xan Premium» arağı Azərbaycanın gözəl guşələrindən birində, yüksək dağlarda yerləşən və buzlaqların suyu ilə qidalanan Göygöldən çəkilmiş sudan və yüksək keyfiyyətli «Lüks» buğda spirtindən hazırlanır. Dadın dolğunlaşdırılması məqsədi ilə vodkaya az miqdarda şəkər və natriyum hidrokarbonat və karbohidrogen modullu «Alkoluks» qida əldavəsi qatılır. Vodka üçqat filtrasiyadan keçir.
Rəngi tam şəffaf, parlaq, dadı yumşaq, təmiz və hormonikdir, ətri yüksək keyfiyyətli «Lüks» spirtinə uyğün, yüngül çörək ətirlidir.
Tündlüyü 40%
Həcm tutumu 0,5: 0,75 və 1L
«Premium» vodka 2008-ci ildə Brüsseldə keçirilən və 600 brendin iştirak etdiyi Beynəlxalq Tünd İçkilər Müsabiqəsində gümüş medala layiq görülmüşdür.

«Xan Eksport» arağı Kiçik Qafqaz dağlarının buzlaqlarından axan sularla qidalanan unikal «Göygölün» suyu ilə hazırlanır. Kupajda yüksək keyfiyyətli «Lüks» buğda spirtindən istifadə olunmaqla ikiqat filtrasiyadan keçir. Dadın yumşaldılması məqsədilə arağa şəkər şirəsi, Karbohidrogen modullu laktuloza «Alkollyuks» qida əlavəsi, kəhraba turşusu qatılır.
Dadı təmiz, yumşaq və hormonikdir, Arağa məxsus yüngül çörək ətri var.
Alkoqol 40% həcm
Tutumu 0.25 və 0.5 Litr
Tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən alınmış maddələr yoxdur «Xan Ekport“ arağı Brüsseldə keçirilən United Vodka 2008» Beynəlxalq tünd içkilər müsabiqəsində dequstasiyaya təqdim olunan 600 nümunə arasında Bürünc medala layiq görülmüşdür.

 

«Xan Lüks» arağı ekoloji təmizliyi ilə fərqlənən, dağ buzlaqlarından qidalanan «Göygölün» suyundan istifadə olunmaqla hazırlanır. Kupajda Ukraynadan gətirilən yüksək keyfiyyətli «Lüks» buğda spirtindən istifadə olunaraq ikiqat filtrasiya keçir. Arağın dadının yumşaldılması məqsədilə ona şəkər şirəsi, laktulaza mənşəli «Alkolyuks» qida əlavəsi və kəhraba turşusu qatılır.
Alkoqol 40% həcm
Tutumu 0.5 Litr
Tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən alınmış maddələr yoxdur.